Azərbaycan dilində alınma sözlər
Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin böyük çoxluğu (özəlliklə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində Azərbaycan dilinə çoxlu alınma sözlər keçmişdir.
== Mənşə dillər ==
Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki qrupa bölünür:
Ərəb və fars dillərindən alınma sözlər.
Avropa dillərindən alınma sözlər.Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn, kitab, alim, dünya, məktəb, tələbə, şagird və s.
Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s.
Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s.
Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s.
İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.
== Xüsusiyyətlər ==
Azərbaycan dilindəki alınma sözlər əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətlərə malikdir:
Sözdə iki saitin yanaşı işlənməsi: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii, mətbəə və s.